Dualar
Ey Atamız
Ey göylərdə olan Atamız,
Adın müqəddəs tutulsun.
Səltənətin gəlsin.
Göydə olduğu kimi,
Yerdə də Sənin iradən olsun.
Gündəlik çörəyimizi bizə bu gün ver;
Və bizə borclu olanları bağışladığımız kimi,
Bizim borclarımızı da bağışla;
Və bizi imtahana çəkmə,
Lakin bizi şərdən xilas et.
Çünki səltənət, qüdrət və izzət
Əbədi olaraq Sənindir.
Amin.
Salam, Məryəm
Salam, mübarək Məryəm!
Rəbb səninlədir.
Sən qadınlar araşında
bəxtiyarsan və sənin
bətninin Səmərəsi İsa bəxtiyardır.
Müqəddəs Məryəm,
Allah Anası, indi və ölüm
saatımızda biz günahkarlar
üçün dua et.
Amin
Müqəddəs Üçlüyə Həmd
Ataya, Oğula və Müqəddəs Ruha
indi də, həmişə də, əbədi olaraq da həmd olsun. Amin.
Apostol İnam Simvolu
Allaha, Qadir Ataya, yeri və göyü Yaradana inanıram.
Və İsa Məsihə, Onun Yeganə Oğluna, bizim Rəbbimizə inanıram ki,
O Müqəddəs Ruh tərəfindən qoyuldu,
Bakirə Məryəm tərəfindən doğuldu,
Ponti Pilatın yanında əzab çəkdi,
çarmıxa çəkildi, öldü və dəfn edildi,
cəhənnəmə endi,
üçüncü gün ölülərdən dirildi,
göylərə qalxdı
və Qadir Ata Allahın yanında əyləşir
və oradan diriləri və ölüləri mühakimə
etməyə gələcək.
Müqəddəs Ruha,
müqəddəs ümumdünya kilsəsinə,
Müqəddəslərin Ünsiyyətinə,
günahların bağışlanmasına,
bədənin dirilməsinə,
əbədi həyata inanıram. Amin.
Böyük imanın açıqlanması
Bir tək Allaha inanıram.
Yerin və göyün,
görünən və görünməyən bütün varlığların yaradanı her şəyə qadir
Ata Allaha inanıram.
Bütün əsrlərdən əvvəl Atadan dünyaya gəlmiş,
Allahın yeganə oğlu,
bir tək Rəbb olan Məsih İsaya inanıram.
O, Allahdan Allah,
Nurdan nur,
həqiqi Allahdan Həqiqi Allahdır.
Yaradılmış olmayıb Ata isə eynidir
və her şəy onun vəsitəsi ilə yaradılmışdır.
Biz insanlar qurtulusumuz üçün göydən enmiş,
Müqəddəs Ruhun qudrətilə
bakirəMəryəmdən Vücüd alıb insan olmuşdur.
Pontius Pilatus vaxtında bizim üçün acı çəkərək çarmıxa çəkilmiş,
ölmüş, dəfn edilmiş
və Müqəddəs yazılara görə üç gündən sonra dirilmişdir.
Göyə çıxmış
və Atanın sağında oturmaqdadır.
Diriləri və ölüləri mühakimə etmək üçün
təkrar gələcək
və onun hökümdarlığı heç vaxt sona çatmayacaqdır.
Peyğəmbərlər vasitəsi ilə danışmış olan
Ata və oğuldan çıxıb,
Ata və Oğul ilə birlikdə sitayiş edilən və ucaltılan,
həyatın qaynağı və Rəbb olan,
Müqəddəs Ruha inanıram.
Havarilərin imanına inanam , katolik və müqəddəs olan tək kilsəyə inanıram.
Günahların əff edilməsi üçün tək bir vaftizi qəbul edirəm,
ölulərin dirilişini və əbədi həyatı gözləyirəm.
Amin.
Müqəddəs Ruha himn
Bizə gəl Müqəddəs Ruh;
Göndər sonsuz işığın,
Səmavi şüasını.
Gəl, ey yetimlər Atası.
Gəl, ey nemətlər qaynağı.
Gəl, ey qəlbin nuru.
Sən gerçək təsəlliçi,
Sən səxavətli qəlblərin,
Nurlu Qonağı varsan,
İncə sərinlik Sənsən.
Zəhmətdən dinc rahatlıq,
Bürküdə təravət mehi,
Ağlayan zaman təsəlli,
Səmanın mübarək Nuru.
Nur çilə sadiqlərin,
Möminlərin qəlbinə.
Razılığın olmadan,
İnsanın gücü olmaz,
Şərdən savunma olmaz.
Yu təmiz olmayanı,
İslat quruyub qalanı,
Sağalt zərər dəyəni,
Yumşalt qəddarlaşanı,
Qızdır üşüyüb donanı,
Düz yola qoy azanı.
Bütün etiqadçılarına,
Möhkəm təvəkkül ver,
Yeddiqat qutsallıq ver,
Heyrətamiz mükafat ver,
Xilasedici çıxış ver,
Və əbədi səadət ver.
Amin.
Allah Anasına çağırış
Ey hər şeyə qarşı rəhmli olan Bakirə Məryəm, xatırla ki,
əsrlərdən bəri heç kəs Sənə pənah aparanlardan,
Sənin köməyini istəyənlərdən,
Sənin himayəni axtaranlardan kiminsə,
Sənin tərəfindən tərk edildiyini eşitməyib.
Bu ümidlə dolaraq,
öz günahlarıma görə təvazökarlıq
və qəm ilə Sənə gəlirəm ey Bakirə, və Haqq-Təalanın Anası.
Ey Əzəli Sözün Anası, mənim sözlərimə xor baxma
və mənim istəyimə iltifatlı nəzər yetir.
Amin.
Magnificat
«Mənim qəlbim Rəbbi yüksəldir,
və mənim Xilaskarım olan Allah üçün ruhum şad oldu.
Çünki O, qulunun mütiliyini gördü;
budur, bundan sonra bütün nəsillər mənə bəxtiyar deyəcəklər.
Çünki Qadir, mənim üçün möhtəşəm işlər gördü;
Onun adı müqəddəsdir.
Onun mərhəməti nəsildən-nəslə Ondan qorxanlaradır.
Əli ilə qüdrət göstərdi.
Məğrurları öz ürəklərinin düşüncəsi ilə dağıtdı.
Hökmdarları taxtlarından endirdi; və mütiləri yüksəltdi.
Acları doyurdu; lakin zənginləri boş qaytardı.
Əbədiyyətə qədər İbrahim ilə onun nəslinə mərhəmət etməyi unutmayaraq,
Atalarımıza söz verdiyi kimi, qulu İsrailə yardım etdi.»